“Ümumi təhsil haqqında” qanun layihəsinə müsbət rəy verilib
13 Mart 2019 16:17 Sosial"Ümumi təhsil haqqında" qanun layihəsi ilə bağlı işlər bir ildən çoxdur ki gedir. Artıq qanun layihəsi iki oxunuşdan keçirilib. Qanun layihəsini həm Maliyyə, həm Təhsil Nazirliyinə rəy verilməsi üçün göndərmişdik və qeyd edim ki, hər iki nazirlikdən də müsbət cavab, rəy almışıq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli martın 13-də adıçəkilən parlamentin iclasında "Ümumi təhsil haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı dilə gətirib. O, qeyd edib ki, artıq qanun layihəsi parlamentin plenar iclasında üçüncü oxunuşda müzakirələrə tam hazırdır. Komitə sədri onu da deyib ki, qanun layihəsinin üçüncü-sonuncu oxunuşunda bəzi dəyişikliklər edilib. Onun sözlərinə görə, əsas anlayışlarla bağlı 14 müddəa qanun layihəsindən çıxarılıb: "Biz o anlayışları layihənin daha asan anlaşılması üçün daxil etmişdik. Üçüncü, əsas oxunuşla əlaqədar o anlayışlar artıq layihədən çıxarılıb". Komitə sədri nəzərə çatdırıb ki, dövlət başçısının sərəncamları ilə müəllimlərin əməkhaqqının artırılması, orta məktəblərdə təmayül qruplarının yaradılması repetitorluq institutunun ləğvində böyük rol oynayacaq.