Komitə sədri: Təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı ayrıca qanun ol

Təhsil müəssisələrinin akkreditasiyası ilə yeni qanun layihəsi hazırlanır."Olaylar" xəbər verir ki,  bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin martın 13-də keçirilən iclasında adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli bildirib. İclasda Azərbaycanda təhsil xidmətlərini həyata keçirən fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsi təklifi millət vəkili Sona Əliyevadan gəlib. S.Əliyeva iclasda çıxışı zamanı  təhsil xidməti ilə məşğul olan fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsini vacib sayıb: "Çox istərdim ki, Təhsil Nazirliyi təkcə təhsil fəaliyyətini həyata keçirən müəssisələrin akkreditasiya qaydalarını deyil, həm də fiziki şəxslərin- təhsil xidmətlərini həyata keçirən şəxslərlə bağlı akkreditasiya qaydalarını, şərtlərini müəyyən etsin. Çünki yerlərdə, xüsusilə regionlarda çoxlu məktəbəqədər təhsil, hazırlıq kursları və ona oxşar digər fəaliyyət növləri ilə məşğul olanlar var. Onların hamısı fiziki şəxs olaraq vergi qeydiyyatından keçirlər. Amma onların lisenziya almaq və akkreditasiyadan keçmək qaydaları müəyyən edilməyib. Təhsil ölkənin milli təhlükəsizliyini təmin edən vacib məsələdir. Bu baxımdan məsələnin də qanunvericilikdə nəzərə alınmasını istərdim". Komitə sədri İ. Həbibbəyli qeyd edib ki, yeni qanun layihəsində təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı bir çox məsələlər öz həllini tapacaq:"Hesab edirik ki, belə bir qanun layihəsinə də ciddi ehtiyac var. Bu sənəd də təhsilimizin inkişafına gələcəkdə öz töhfələrini verə bilər və verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31