Sosial

Belçika mediasında Azərbaycanın haqlı mövqeyindən yazılıb

23 Oktyabr 2020 13:18

Belçikanın "belcikaaydinhaber.com" portalında Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi, tədqiqatçı, yazar Şəhrizad Süleymanın "Ermənistanın gerçək üzü və Qarabağ Azərbaycandır!" başlıqlı məqaləsi yayımlanıb. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, məqalədə ermənilərin son 200 ildə türk millətinə qarşı törətdiyi qanlı çinayətlərdən, əsassız ərazi iddialarından bəhs edilib. 30 ilə yaxındır işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun işğal altında saxlanıldığına diqqət cəlb edilib.

Marneulidə Gəncə terrorunun qurbanları yad edilib

23 Oktyabr 2020 13:15

Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü ilə Gəncə terrorunda həlak olanların anım mərasimi keçirilib. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, mərasimdə gənclər və GAİM-in müəllim-şagird heyəti iştirak ediblər. GAİM qarşısında yaradılan Gəncə guşəsində Ermənistanın törətdiyi vandalizm aktları zamanı həlak olan və yaralanan uşaqların şəkilləri, "Ermənistanın təcavüzünə son qoyulsun!", "Ermənistan terroruna son!", “Gəncə üçün dua et!", “Uşaq ölümünə son qoyun” və s. şüarlar nümayiş etdirilib, güllər düzülüb, şamlar yandırılıb.

Meteohəssas insanlar diqqətli olsunlar

23 Oktyabr 2020 13:08

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Polşada erməniər azərbaycanlılara atəş açdı

23 Oktyabr 2020 12:09

Polşanın Katovitse şəhərində vətənpərvər azərbaycanlı gənclərin təşəbbüsü ilə Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, aksiyada soydaşmızla yanaşı milliyətcə polyak olan şəhər sakinləri də iştirak edib və erməni terroruna yox deyiblər.

“Azərsu” “Əsgərə məktub” layihəsinə qoşuldu

23 Oktyabr 2020 11:51

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının keçirdiyi “Əsgərə məktub” layihəsinə qoşulub. “Qarabağda zəfər çalır ordumuz, su çilərik, cana gələr yurdumuz!” devizi altında yazılan əsgər məktublarında Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı döyüşlərdən fəxrlə bəhs edilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə qazandığı zəfərlər böyük ruh yüksəkliyi ilə qarşılanır. Ərazilərimizin işğaldan azad edilməsi barədə cəbhədən gələn xoş xəbərlər qələbə gününün uzaqda olmadığından xəbər verir.

"Qarabağın məşhur müəllimləri" - Süleyman Sani Axundov

23 Oktyabr 2020 11:20

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Süleyman Sani Axundovdur. Olaylar.az bildirir ki, Süleyman Sani Axundov keçən əsrin əvvəllərində Azərbaycan xalqının mədəni inkişafında müstəsna rolu olan şəxslərdən biri, görkəmli yazıçı, nasir və maarif xadimi olub. O, 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olub. 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Təhsilini bitirdikdən sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. Ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub.