Qardaşımın qanı yerdə qalmadı - FOTO
Gəlmişəm şəhid qardaşıma gözaydınlığı verim.
10 Noyabr 2020 14:51 SosialGəlmişəm şəhid qardaşıma gözaydınlığı verim.
Olaylar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Şəhidlər Xiyabanında şəhid qardaşı Adil Qasımovu ziyarətə gələn Diləfruz Qasımova deyib.
O bildirib ki, qardaşı 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub: "Azərbaycan xalqının gözü aydın olsun, millətimin gözü aydın olsun. Ali Baş Komandana, Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə ömrüm boyu borcluyam. Qardaşımın qanı yerdə qalmadı. İnşallah Allah qismət eləsə Laçından güllər toplayıb qardaşımın məzarı üstünə düzəcəyəm. Azərbaycan xalqı var olsun. Azərbaycan əsgərinin, Azərbaycanın Ali Baş Komandanı qarşısında baş əyirəm. Əhd eləmişdim, torpaqlarımız azad olunsun, qardaşımın məzarı üstündə Qarabağ Şikəstəsi oxuyacam və oxudum".



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31