Xalq artisti Şəhidlər Xiyabanında "Qarabağ" oxudu
10 Noyabr 2020 14:39 SosialXalq artisti Mənsum İbrahimov gecə saatlarında eşitdiyi qələbə xəbərini fərqli qeyd edənlərdən olub.
Xanəndə Şəhidlər Xiyabanına yollanıb. Bir neçə gün əvvəl qardaşı oğlu şəhid olan müğənni bunları söyləyib:
"Qardaşım oğlu şəhid oldu, Allah hamısına rəhmət eləsin. Şəhidlərimizin ruhu indi şaddır. Qələbə bizimdir".
M.İbrahimov daha sonra "Qarabağ" oxuyub. /Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31