Sosial

Qarabağda ilk mobil rabitə!

23 Oktyabr 2020 10:42

Böyük sevinc hissi ilə bildirmək istəyirik ki, “Azercell Telekom” MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyalarını quraşdırmaqdadır!

Deputat onlayn qəbul keçirib

23 Oktyabr 2020 10:35

COVİD-19 pandemiyası ilə əlaqədar sərtləşdirilmiş karantin dövründə deputat Novruz Aslanov seçiciləri ilə onlayn formatda qəbullar keçirir. İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib.

DİN əhaliyə müraciət edib

23 Oktyabr 2020 10:34

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

23 Oktyabr 2020 10:33

Son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

"Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı" - Yaqut Qarayeva

23 Oktyabr 2020 10:24

Həkim nəzarəti olmadan özünü evdə antibiotiklə müalicə edən xəstə ağırlaşaraq xəstəxanaya gəldiyi zaman onun müalicəsi üçün uyğun antibiotik tapmaq çətin olur.

Azərbaycanın bitki örtüyünün 42 faizi, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdə yerləşir

23 Oktyabr 2020 10:09

Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib. Bunu Olaylar.az-a Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Nazir YUNESKO Qlobal Təhsil Görüşünün növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışdı

23 Oktyabr 2020 10:06

Təhsil naziri Emin Əmrullayev YUNESKO tərəfindən virtual formatda təşkil olunmuş Qlobal Təhsil Görüşünün növbədənkənar sessiyasında iştirak edib. Olaylar.az bildirir ki, COVID-19 pandemiyasının təhsil sahəsinə təsiri mövzusuna həsr olunan tədbirdə YUNESKO-nun baş direktoru Odri Azulay, BMT-nin Baş katibi Antonio Qutyereş, bir sıra ölkələrin dövlət və hökumət başçıları, Təhsil nazirləri iştirak edib.

"Dərs vaxtı" tətil günlərində

22 Oktyabr 2020 16:29

"Dərs vaxtı" tətil günlərində də davam edir. Olaylar.az bildirir ki, bu günlərdə yayımlanan dərslər həm ötən il, həm də bu il öyrənilən biliklərin möhkəmləndirilməsinə və genişləndirməsinə xidmət edir. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənmə dəstəklənir.