Sosial

Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər - Yaqut Qarayeva

22 Oktyabr 2020 15:41

Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Lakin hələ havalar soyumayıb, ona görə də, bunu hazırkı artımla bağlı səbəb kimi göstərə bilmərik. Görünür, başqa səbəblər də var, bəlkə də insanların sentyabr ayında "COVİD"ə yoluxma sayında azalmanın olmasına görə bir qədər rahatlanması bu nəticəyə gətirib çıxardı. Lakin bilməliyik ki, havalar hələ soyumayıb, bizi qarşıda yoluxma sayında daha da artım gözləyir.

Peşə təhsili üzrə teledərslərin 23 oktyabr cədvəli

22 Oktyabr 2020 15:05

Olaylar.az Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 23 oktyabr tarixi üçün cədvəlini təqdim edir. Dərslər saat 18:10-da yayımlanacaq.

Bakı Dövlət Universitetinin rektoru xarici ölkə universitetlərinə müraciət ünvanladı

22 Oktyabr 2020 15:01

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali təhsil müəssisəsinin əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məktub ünvanlayıb. Məktubun məqsədi dünya universitetlərinin diqqətini Azərbaycanda gedən Vətən müharibəsinə yönəltməkdir. Olaylar.az məktubu olduğu kimi təqdim edir:

"Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər" - Nazirlikdən XƏBƏRDARLIQ

22 Oktyabr 2020 14:58

Bəzən koronavirusa yoluxan gənc insanlarda da ağırlaşmalar ola bilər.

“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində

22 Oktyabr 2020 14:53

Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizə və ölkəmizin haqq işi beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. Olaylar.az bildirir ki, Türkiyənin “Haber Global”, “CNN Türk”, “A Haber”, həmçinin Rusiyanın “Pervıy Kanal”, “NTV”, “Rossiya-1” və “Rossiya-24” telekanalları “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsini əks etdirən xüsusi reportajlar hazırlayıb.

Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb

22 Oktyabr 2020 14:08

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.

Hərbçilərimizin infeksiya təhlükəsindən xilası öz əlimizdədir

22 Oktyabr 2020 13:47

Vətəndaşlar koronavirusa qarşı mübarizədə fəal olmalıdırlar

İşğaldan azad edilən dəmir yolu stansiyalarının sayı 9-a çatdı

22 Oktyabr 2020 13:42

Qəhrəman Ordumuzun düşmən üzərində qələbələri nəticəsində artıq 9 stansiyamız işğaldan azad edilib. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, sərnişinlərimizin həsrətlə gözlədiyi Mincivan stansiyası da yenidən Azərbaycanın nəzarətindədir. 

AzTU daha bir əməkdaşlıq müqaviləsi imzaladı

22 Oktyabr 2020 13:36

Azərbaycan Texniki Universiteti (AzTU) və “SKAZ AUTOHOUSE” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Meteohəssas insanlar üçün əsasən əlverişli hava olacaq

22 Oktyabr 2020 13:05

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

"Qarabağın məşhur müəllimləri" - Həmidə xanım Cavanşir

22 Oktyabr 2020 12:26

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Həmidə xanım Cavanşir-Məmmədquluzadədir. Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlib. Azərbaycanın ilk maarifçi qadınlarındandır. Cəlil Məmmədquluzadənin həyat yoldaşı olub.

İki həftədən sonra daha pis nəticələr görə bilərik - TƏBİB

22 Oktyabr 2020 11:59

Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik.