Bakıda Şuşanın azad olunması ilə bağlı yürüş - VİDEO
8 Noyabr 2020 20:09 SosialŞuşa şəhərinin işğaldan azad edilməsi ölkə əhalisi tərəfindən böyük coşğu ilə qarşılanıb.
İstər paytaxtda, istərsə də, bir çox bölgələrimizdə sakinlər qələbə xəbərini sevinc və qürur hissi ilə qeyd ediblər.
Belə sevinc nümayişlərindən biri də Bakı şəhərində olub. Bir qrup paytaxt sakini mərkəzi küçələrin birində Şuşanın işğaldan azad edilməsi xəbərinin sevinci ilə yürüş təşkil ediblər.
Sözügedən yürüşün videogörüntüsünü təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31