Azadlığı elan edildikdən sonra Şuşa açar sözü “Twitter”də trenddə birinci olub
9 Noyabr 2020 12:35 SosialDünəndən Azərbaycan Şuşanın düşmən əsarətindən azad edildiyi günü böyük təntənə ilə qeyd edir.
Olaylar.az xəbər verir ki, dünən Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə Milli ordumuzun Şuşanın işğaldan azad edilməsi elan olunduqdan sonra, "Twitter" platformasında #ŞUŞA açar sözü dünya üzrə, #Shusha açar sözü ilə ABŞ və Almaniya üzrə trenddə birinci olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31