Tbilisidəki iri lövhələrdə Azərbaycan bayrağı nümayiş etdirilib

Noyabrın 9-da Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrindəki binalarda quraşdırılmış iri reklam lövhələrində Azərbaycan bayrağı nümayiş etdirilib.

Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə gerçəkləşdirilən maraqlı aksiya ölkəmizin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə baş tutub.

Aksiya şəhərin Azadlıq, Birinci Respublika, Vağzal meydanları və digər 5 mərkəzi küçəsindəki binaları əhatə edib. Binaların üzərlərindəki iri monitorlarda və ya damlarda quraşdırılmış lövhələrdə Azərbaycan bayrağının əks olunduğu çarx gün ərzində nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31