Sosial

MEDİA-nın "ADA” Universiteti ilə birgə təşkil etdiyi silsilə seminarların birinci mərhələsi yekunlaşıb

4 Fevral 2021 15:59

Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı müvafiq sənəd əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazası əsasında yaradılan Medianın İnkişafı Agnetliyi (MEDİA) öz uğurlu fəaliyyətini davam etdirir.

İtaliya işğal edilmiş ərazilərin bərpasında fəal iştirak edəcək

4 Fevral 2021 15:42

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə düşmən işğalından azad edilən şəhər və rayonlarımızın bərpası, yenidən qurulmasıdır. Hədəf və məqsəd ondan ibarətdir ki, Qarabağ, onun baş tacı olan Şuşa, eyni zamanda düşməndən azad edilən bütün ərazilərimiz öz əvvəlki görkəmini bərpa etsin, hətta ondan daha yaxşı səviyyəyə çatdırılsın. Artıq dövlət başçısı bununla bağlı bir sıra mühüm fərman və sərəncamlar imzalayıb, müvafiq sənədlər qəbul edib.