Pandemiya dövründə Azərbaycana kimlə r səfər edə bilər?

Ölkədə uçuşların bəzi istiqamətlər üzrə bərpası olunması ilə bağlı kimlərin Azərbaycana səfər edə biləciyi ilə bağlı suallar yaranır.

Olaylar.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Hava Yolları bununla bağlı xüsusi siyahı hazırlayıb.

Xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31