Şuşadakı İsa bulağına yeni avtomobil yolu çəkiləcək - RƏSMİ - FOTO
4 Fevral 2021 15:40 Sosialİşğaldan azad edilən Şuşa şəhərindəki İsa bulağına yeni yol çəkiləcək.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, həmin yol uzunluğu təxminən 101 kilometr olan Füzuli - Şuşa avtomobil yolunun tikinti layihəsin çərçivəsində həyata keçiriləcək:
"Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31