İtaliya işğal edilmiş ərazilərin bərpasında fəal iştirak edəcək

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə düşmən işğalından azad edilən şəhər və rayonlarımızın bərpası, yenidən qurulmasıdır. Hədəf və məqsəd ondan ibarətdir ki, Qarabağ, onun baş tacı olan Şuşa, eyni zamanda düşməndən azad edilən bütün ərazilərimiz öz əvvəlki görkəmini bərpa etsin, hətta ondan daha yaxşı səviyyəyə çatdırılsın. Artıq dövlət başçısı bununla bağlı bir sıra mühüm fərman və sərəncamlar imzalayıb, müvafiq sənədlər qəbul edib.

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə düşmən işğalından azad edilən şəhər və rayonlarımızın bərpası, yenidən qurulmasıdır. Hədəf və məqsəd ondan ibarətdir ki, Qarabağ, onun baş tacı olan Şuşa, eyni zamanda düşməndən azad edilən bütün ərazilərimiz öz əvvəlki görkəmini bərpa etsin, hətta ondan daha yaxşı səviyyəyə çatdırılsın. Artıq dövlət başçısı bununla bağlı bir sıra mühüm fərman və sərəncamlar imzalayıb, müvafiq sənədlər qəbul edib. Eyni zamanda həmin fərman və sərəncamlar əsasında işğaldan azad edilən ərazilərimizdə quruculuq-avadlıq, yenidənqurma işlərinə başlanılıb. Bu sırada Füzuli şəhərində dövlət başçısı və Birinci Vitse-prezidentin iştirakı ilə Beynəlxalq Hava Limanının tikintisinin təməlinin qoyulması, Şuşaya magistral yolun çəkilişi və s. qeyd edə bilərik. Sevindirici hal ondan ibarətdir ki, bu istiqamətdə işlər müsbət tendensiya üzrə davam edir.

Bu bir danılmaz faktdır ki, istənilən regionda münaqişə başa çatdıqdan sonra həmin ərazilərdə, işğaldan azad edilən şəhər və rayonlarda beynəlxalq təşkilatlar, xarici donor təşkilatlar, ayrı-ayrı dövlətlər də quruculuq-abadlıq, yenidənqurma işlərinə maraq göstərir, qarşılıqlı anlaşma əsasında bu prosesdə yaxından iştirak edirlər. Artıq bir sıra dövlətlər, onıların Azərbaycanda olan diplomatik nümayəndəlikləri işğaldan azad edilən ərazilərdə müxtəlif sahələrdə yenidənqurma, quruculuq-abadlıq işlərində iştirak etmək niyyətlərini ifadə ediblər. Təbii ki, Azərbaycan da haqlı olaraq ilk növbədə 44 günlük Vətən müharibəsində bizim yanımızda olan, haqq işimizi dəstəkləyən dövlətlərə, həmin dövlətlərin şirkətlərinə, iş adamlarına Qarabağda həyata keçiriləcək quruculuq-abadlıq, yenidənqurma işlərində yaşıl işıq yandıracaq, onların bu prosesdə iştirakına imkanlar tanıyacaq. Heç şübhəsiz ki, bu sırada ilk yeri qardaş Türkiyə tutur və artıq onlarla türk şirkəti yenidənqurma prosesində yaxından iştirak edir. Eyni zamanda Azərbaycana dost olan, haqq işimizi müdafiə edən ölkələrin də Qarabağın yenidənqurulması prosesində iştirakı mümkündür. Bu baxımdan Azərbaycanla yaxın münasibətlərə malik İtaliyanın da işğaldan azad edilən ərazilərdə aparılacaq yenidənqurma işlərində iştirakı rəsmi Bakı üçün olduqca sərfəli və əhəmiyyətlidir. Həm təcrübə, həm də inkişaf etmiş texnologiyaların müxtəlif sahələrdə tətbiqi baxımından Azərbaycan İtaliyanın Qarabağın yenidənqurulma prosesində iştirakına maraqlıdır.

Eyni maraq məhz qarşı tərəfdə də mövcuddur və ötən gün İtaliyanın nüfuzlu şirkətinin Azərbaycan Respublikasının Prezident İlham Əliyevlə görüşünün əsas məqsədi də məhz bu idi. Məlumat üçün qeyd edək ki, ötən gün  İtaliyanın "Maire Tecnimont Group" şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan Prezidenti videoformatda qəbul edib.

Prezident İlham Əliyev görüşdə qeyd edib ki,  artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub: "Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir".

Bu baxımdan İtaliya Azərbaycan dövlət başçısının qeyd etdiyi kimi dar gündə sınaqdan uğurla çıxan əsl dost ölkələrdən sayıla bilər. 44 günlük Vətən müharibəsi dövründə biz bunun əyani şahidi olduq. Digər Avropa ölkələri, xüsusilə Fransa, Niderland, Belçika və s. ölkələrdən fərqli olaraq İtaliya Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəni dəstəklədi. Ədalətsiz mövqe nümayiş etdirmədi və Azərbaycandan işğal altında olan ərazilərini azad etmək üçün başladığı mübarizəni dayandırmağı istəmədi. İtaliya ikitərəfli tərəfdaşlıq, inkişaf edən qarşılıqlı faydalı əməkdaşlığa sadiqliq nümayiş etdirdi. Ümumiyyətlə,  İtaliya Azərbaycanın dostudur İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. İki ölkə arasında Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31