Binəqədidə istedadlı əlillərin rəsm sərgisi keçirilib

Binəqədi rayonunda fiziki məhdudiyyətli şəxslərin rəsm əsərləri, əl işlərinin sərgisi keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti və "İstedadlı Əlillər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə millət vəkili Adil Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, "İstedadlı Əlillər" İctimai Birliyinin sədri Cavad Qasımov, fiziki məhdudiyyətli şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirin bədii hissəsində öz istedadları ilə fərqlənən fiziki məhdudiyyətli şəxslərin konserti nümayiş olunub. Eyni zamanda "İstedadlı Əlillər" İctimai Birliyinin diplomları ictimai fəallığı ilə seçilən fiziki məhdudiyyətli şəxslərə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31