Binəqədi rayonunda veloyürüş keçirilib

"Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubunun birgə əməkdaşlığı ilə veloyürüş keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a daxil olan məlumata görə, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkından Novxanıya doğru keçirilən veloyürüşə müxtəlif ölkələrdən olan əcnəbi velosipedçilərlə yanaşı, fərqli yaş qrupuna mənsub iştirakçılar da qatılıb. Heydər əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək tədbir iştirakçılarına yürüşün əhəmiyyətindən danışıb. O vurğulayıb ki, ətraf mühiti və ekoloji vəziyyəti qorumaq naminə velosiped həvəskarlarının bu ictimai faydalı işə qoşulmasının çox müsbət addımdır. Tədbir ekolji mühitin qorunması ilə bağlı konfransla davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31