“Məktəbli forması sosial bərabərliyin təmin olunmasına xidmət edir”- ÖZƏL

Ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi ilə bağlı qərar qüvvədədir. Qərara əsasən, məktəblərdə şagirdlərin geyimi müəyyən edilmiş forma tələblərinə uyğun olmalıdır. Vahid forma məktəb mühitində nizam-intizamın, bərabərliyin və vahid görünüşün təmin edilməsinə xidmət edir.

Mövzu ilə bağlı  elm və təhsil eksperti Səbuhi Abdullayev Olaylar.az-a açıqlama verib:

" "Sosial bərabərliyi təmin etmək üçün, eyni zamanda şagirdin diqqətinin yayılmasının qarşısını almaq üçün məktəbli formasının tətbiqi həyata keçirilir. Bu, təkcə sosial bərabərlik deyil, eyni zamanda şagirdin məktəbdə diqqətinin yayılmasının qarşısının alınması və müəllimin dərsini düzgün formada təşkil etməsi baxımından çox böyük əhəmiyyət daşıyır.
Əvvəlki illərdə fərqli geyimlərlə məktəblərə üz tutan şagirdlər bir-biri ilə müqayisədə daha çox geyimlərə münasibət göstərirdilər, nəinki dərsə. Bu da, təbii ki, dərsin ümumi gedişinə mənfi təsir göstərirdi.
Məktəbli formasının vahid formada olması onların həm sosial bərabərliyini təmin edir, həm dərsə diqqətlərinin yayılmasının qarşısını alır, eyni zamanda onların ümumi bərabərliyinin qorunmasına da yaxşı formada təsir göstərir.
Artıq bəzi məktəblərdə Pedaqoji Şuranın verdiyi qərara əsasən, müəyyən seçimlər də mümkündür. Təbii ki, bu, ümumi qaydalara zidd olmamaq şərtilə həyata keçirilir və düşünürəm ki, bu, kifayət qədər öz müsbət təsirini göstərir. Artıq bununla bağlı müəllimlərin də vahid geyim formasına keçid etməsi ilə bağlı qərarlar qəbul edilir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31