Milli dəyərlər və elm: Azərbaycan irsinin təbliği və qorunması

 İstiqamət: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği

 
Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyətinin təbliği məsələsinə toxunanda, əslində, bu mövzunun həm keçmişimiz, həm bu günümüz, həm də gələcəyimiz üçün necə həyati əhəmiyyət daşıdığını görürük. Bu məsələ təkcə bir mövzu deyil, həm də şəxsi məsuliyyət hissidir. Çünki nə qədər müasir texnologiyalar həyatımıza daxil olsa da, milli yaddaşımızı, kimliyimizi və mədəni dəyərlərimizi itirsək, kökü olmayan bir ağaca çevrilərik.
Azərbaycan dövlətçilik tarixi minilliklər boyu zəngin mərhələlərdən keçib. Qədim dövrlərdə Manna və Atropatena kimi dövlətlərin yaranması, orta əsrlərdə isə Səfəvilər, Qarabağ, Şəki, Gəncə, Bakı xanlıqları kimi siyasi qurumlar Azərbaycanın dövlətçilik ənənələrini möhkəmləndirib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması isə Şərqdə ilk parlamentli respublika nümunəsi oldu. 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan müstəqilliyini bərpa etdi və milli dövlətçilik yenidən inkişaf yoluna çıxdı. Bu gün ölkə müasir idarəetmə sistemi, beynəlxalq əməkdaşlığı və iqtisadi müstəqilliyi ilə bölgənin aparıcı dövlətlərindən biridir.
Azərbaycanın milli adət-ənənələri əsrlərin dərin qatlarından gələn zəngin mədəni irsin təcəssümüdür. Novruz bayramı əsrlərdən bəri xalqın təbiətə,yaşayış dövrünə və ətraf mühitə bağlılığını nümayiş etdirir.Toy adətləri,el şənlikləri və yas mərasimləri cəmiyyətin sosial həmrəyliyini möhkəmləndirən ənənələrdir.Qonaqpərvərlik ən qədim milli dəyərlərdən biri olaraq həm daxili turizmin,həm də beynəlxalq mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.Azərbaycana gələn əcnəbilər ilk növbədə xalqın mehribanlığı və qonaqpərvərliyi ilə qarşılaşır.Xalçaçılıq sənəti,muğam,şəbəkə və misgərlik sənəti UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına salınıb.Bu, Azərbaycan mədəniyyətinin beynəlxalq tanınmasının göstəricisidir.
Elm və təhsil sahəsində Azərbaycan daim ön sıralarda olmuşdur.XII əsrdə yaşamış Nəsirəddin Tusi astronomiya və riyaziyyat sahəsində dünya elminə böyük töhfə vermişdir.XX əsrin əvvəllərində Bakı Dövlət Universitetinin yaradılması və Azərbaycan Milli Elmlər Akademiyasının formalaşması ölkənin intellektual potensialını gücləndirmişdir.Müasir dövrdə Azərbaycan kosmik sənaye sahəsində uğurlar əldə etmiş, Azerspace və Azersky peyklərini orbitə çıxarmışdır.Bu, ölkənin informasiya təhlükəsizliyi və texnoloji müstəqilliyi üçün mühüm addımdır. Dövlət proqramları çərçivəsində gənc alimlər xaricdə təhsil alaraq müasir elmi nailiyyətləri ölkəyə gətirirlər.
Mədəniyyət sahəsində Azərbaycan dünyanın diqqət mərkəzindədir.Muğam sənəti UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına salınmışdır.Aşıq sənəti də beynəlxalq festivallarda nümayiş etdirilir.Xalçaçılıq sənəti isə Azərbaycan brendi kimi sərgilərdə təqdim olunur.2009-cu ildə Bakı "İslam Mədəniyyətinin Paytaxtı",2012-ci ildə isə "Avropa İdman Paytaxtı" elan edilmişdir.Bakı Humanitar Forumu,Bakı Beynəlxalq Caz Festivalı və Avroviziya Mahnı Müsabiqəsi kimi tədbirlər ölkəmizin mədəniyyətini, turizmini və beynəlxalq əlaqələrini gücləndirir. İçərişəhər UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib, Qobustan qaya rəsmləri isə bəşəriyyətin qədim mədəniyyət xəzinəsinə daxil edilmişdir.
Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyətinin təbliği məqsədilə genişmiqyaslı proqramlar həyata keçirilir. Heydər Əliyev Fondunun təşəbbüsləri ilə Avropa və Amerikada mədəniyyət günləri keçirilir. "Azərbaycan Günü" tədbirlərində milli musiqi, mətbəx və incəsənət nümunələri nümayiş olunur.Diaspor təşkilatları milli dəyərlərin təbliğində mühüm rol oynayır. Xaricdə yaşayan azərbaycanlılar milli bayramları qeyd edərək ölkəmizin adını tanıdırlar. Dövlətin turizm və mədəniyyət sahəsində həyata keçirdiyi layihələr ölkənin iqtisadi və beynəlxalq imicini gücləndirir.
Dövlət səviyyəsində qəbul edilmiş strateji sənədlər bu prosesin davamlılığını təmin edir. "Azərbaycan 2020: Gələcəyə Baxış" konsepsiyasında mədəni irsin qorunması və təbliği xüsusi yer tutur. "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf strategiyası" sənədində isə elm və innovasiyanın inkişafı prioritet istiqamətlər sırasındadır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında milli-mənəvi dəyərlərin qorunmasının dövlət siyasətinin əsas prinsipi olduğunu vurğulamışdır. Dövlət mədəniyyət və elmi müəssisələri ilə yanaşı, qeyri-hökumət təşkilatları da bu sahədə fəal fəaliyyət göstərirlər.
Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyət yalnız keçmişin mirası deyil, həm də gələcəyin qurulmasında mühüm əsasdır.Onların təbliği milli kimliyin qorunması, beynəlxalq aləmdə müsbət imicin formalaşdırılması və ölkənin davamlı inkişafı üçün vacibdir. Qədim irsi müasir texnologiyalarla təqdim etmək, gənc nəsildə milli şüuru gücləndirmək və dünyaya açıq bir Azərbaycan yaratmaq hər birimizin vəzifəsidir. Bu irsi qorumaq və təbliğ etmək Azərbaycanın davamlı tərəqqisinin təməlidir.
Dövlətçilik tarixi və milli irsin təbliği təhsil sisteminin də əsas prioritetidir. Məktəblərdə və universitetlərdə milli tarix, mədəniyyət və elm sahələri üzrə dərslərin keyfiyyətinin artırılması, gənc nəsilin tarixini və mədəni dəyərlərini dərindən qavramasını təmin edir. Bu, milli kimliyin qorunmasına və davamlı inkişafına xidmət edir. Hər bir vətəndaşın, xüsusilə gənclərin, milli irsə diqqət yetirməsi və tarixi bilikləri öyrənməsi Azərbaycanın gələcəyinə töhfədir.
Azərbaycanın dövlətçilik ənənələri və mədəni dəyərləri beynəlxalq arenada da təbliğ olunur. Mədəniyyət və turizm sərgiləri, beynəlxalq forumlar, konfranslar və sərgilər ölkəmizi tanıtmaqla yanaşı, gənc nəsildə milli qüruru gücləndirir. UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq milli irsimizin qorunmasına və dünyaya çatdırılmasına xidmət edir. Həmçinin Azərbaycan diaspor təşkilatları tərəfindən təşkil olunan tədbirlər milli dəyərlərin təbliğində mühüm rol oynayır.
Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyəti yalnız keçmişin mirası deyil, həm də gələcəyin qurulmasında mühüm əsasdır. Bütün bu tədbirlər və layihələr Azərbaycanın dövlətçilik tarixini, milli adət-ənənələrini, elm və mədəniyyətini qorumaqla yanaşı, onları gələcək nəsillərə çatdırır. Bu baxımdan Azərbaycan həm keçmişin mirasını qoruyur, həm də müasir dövrdə milli dəyərləri beynəlxalq səviyyədə tanıdır. Bu yanaşma ölkənin davamlı inkişafını və milli kimliyin güclənməsini təmin edir. Qədim irsi müasir texnologiyalarla təqdim etmək, gənc nəsildə milli şüuru gücləndirmək və dünyaya açıq bir Azərbaycan yaratmaq hər birimizin vəzifəsidir.
 
Sevda Dəniz 
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31