Aİİ ölkələrinin ÜDM-u 2024-cü ildə 4,4% artıb – Mişustin - ÖZƏL

Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin ümumi daxili məhsulu (ÜDM) 2024-cü ildə 4,4% artıb. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustin Aİİ-nin Hökumətlərarası Şurasının iclasında bildirib. Mişustin qeyd edib ki, ilin əvvəlindən ÜDM göstəricisi əlavə olaraq 2% artıb. Bu artım əsasən sənaye istehsalının, tikinti, kənd təsərrüfatı məhsulları, pərakəndə ticarət və əsas kapitala investisiyaların artması ilə əlaqələndirilir.
Rusiya Baş naziri həmçinin vurğulayıb ki, 10 illik fəaliyyəti ərzində Aİİ dünya inkişafının əsas mərkəzlərindən birinə çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31