İrandan Bakı və İrəvanla bağlı müəmmalı açıqlama
11:12 Dünya"İran Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayır".
Olaylar.az xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd Rza Arif deyib.
Vitse-prezident Tehranın "Tramp yolu" ilə bağlı narahatlığını təkrarlayıb:
"İran bir daha ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı sarsılmaz mövqeyini bəyan edir. Eyni zamanda hesab edirik ki, üçüncü tərəfin regional məsələlərə müdaxiləsi sabit təhlükəsizliyə töhfə verməyəcək".
Qeyd edək ki, ötən gün İranda səfərdə olan Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan ölkəsinin ABŞ-la "Tramp körpüsü"nə (Zəngəzur dəhlizi-red.) nəzarət etmək üçün birgə şirkət yaradacağını söyləyib. Onun sözlərinə görə, layihənin şərtləri İranla razılaşdırılıb və Tehran tərəfinin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınıb.