İran heç vaxt nüvə texnologiyasından qeyri-sülh məqsədlər üçün istifadə etmək niyyətində olmayıb

İran heç vaxt texnologiya, xüsusilə nüvə texnologiyasından qeyri-sülh məqsədlər üçün istifadə etmək niyyətində olmayıb.

Olaylar.az-ın məlumatına görə, bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd Rza Aref bu gün Qırğızıstanda Rusiya baş naziri Mixail Mişutsinlə görüşdə deyib.

Onun sözlərinə görə, İran ABŞ ilə dolayısı şəkildə müzakirələr apardığı halda, hücumlara məruz qaldı və hərbi komandanları və nüvə alimlərini itirdi. Halbuki İran və ABŞ nüvə müzakirələrində etimad yaranmaqda idi.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır. Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər. Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi əməliyyat icazəsi verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31