İran: Xarici müdaxilə Cənubi Qafqazda davamlı təhlükəsizliyə xidmət etmir – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını şərh edərkən bildirib ki, bölgəyə xarici müdaxilə davamlı təhlükəsizliyə töhfə vermir.

"O, İranın bölgədə sülh və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğuladığını, Ermənistan və Azərbaycan arasındakı sülh sazişini alqışladığını, ölkələrin ərazi bütövlüyünə hörmət prinsipinə sadiq qaldığını qeyd edib. Xarici dövlətlərin bölgə işlərinə qarışması isə davamlı təhlükəsizliyi təmin etməyəcək", - deyə Arif bildirib.

Qeyd edək ki, İranın vitse-prezidenti müşahidəçi ölkə nümayəndəsi qismində Avrasiya Hökumətlərarası Şuranın iclasında iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31