Sultan Raevin kitabının təqdimatı keçiriləcək - ÖZƏL
21 May 2024 11:34 SosialOlaylar.az xəbər verir ki, "Türk xalqları ədəbiyyatı" layihəsi çərçivəsində Qırğızıstanın Xalq yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Raevin "Dəlixana" romanının təqdimatı keçiriləcək. Tədbirdə yazıçılar, millət vəkilləri və digər tanınmış şəxslər iştirak edəcək. Kitab "XAN" nəşriyyatında nəfis tərtibatla "Onlar" seriyası çərçivəsində çap olunub. Kitabın türkcədən çevirəni Aysel Oğuz, redaktorlar yazıçı-publisist Yunus Oğuz və yazıçı Varisdir.
Təqdimat 23 may, saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31