Bakının bu ərazisində yeni park salınır
11 May 2024 12:16 SosialBakı şəhərində yeni park salınacaq.
Olaylar.az xəbər verir ki, yeni park Yasamal rayonundakı S.Tağızadə, A.Şaiq və N.Aşurbəyova küçələrinin əhatəsində yerləşəcək.
Bu da 2019-cu ildə açılışı olan və paytaxtın simasını gözəlləşdirən Mərkəzi parkın davamı olaraq nəzərdə tutulub.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti artıq yeni park üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlayıb.
Qurum sözügedən parkın layihə-smeta sənədlərinin hazırlanmasının 1 450 000 manata başa gələcəyini ehtimal edir. (iqtisadiyyat.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31