İşğaldan azad edilmiş ərazilərdə 470,4 ha torpaq sahəsi icarəyə verilib
5 Mart 2024 16:24 Sosialİşğaldan azad edilmiş ərazilərdə 470,4 ha torpaq sahəsi icarəyə verilib.
Olaylar.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən 297,2 ha torpaq sahəsinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 5 iş daxil olub.
Əvvəlki dövrlərdə daxil olmuş işlər də nəzərə alınmaqla 470,4 ha torpaq sahəsi üzrə 6 işə razılıq verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31