Abşeronda yeni qəsəbə yaradılır
5 Mart 2024 15:14 SosialAbşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir. "Olaylar" xəbər verir ki, bu, "Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Abşeron rayonunun inzibati ərazisində salınmış "Şəfəq" adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.
Qanun layihəsi birinci oxunuşda müzakirədən sonra qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31