Bu yaxınlarda Azərbaycan dili sertifikatı ilə bağlı imtahan keçirilməsi nəzərdə tutulur
5 Mart 2024 14:41 SosialAzərbaycan dili sertifikatı ilə bağlı data toplayandan sonra hüquqi tətbiqinə başlanılacaq.
Olaylar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu yaxınlarda DİM-in yeni təhvil veriləcək imtahan binasında Azərbaycan dili sertifikatı ilə bağlı imtahanın keçirilməsi nəzərdə tutulur.
M.Abbaszadə həmçinin əlavə edib ki, sertifikatın etibarlılıq müddətinin azı 2 il olması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31