Dövlət qulluğu imtahanlarında danışıq bloku imtahanı tətbiq olunacaq - DİM sədri

Birinci addım olaraq danışıq bloku imtahanı magistratura, dövlət qulluğu imtahanlarında tətbiq olunacaq

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, danışıq bloku imtahanını daha kütləvi imtahanlarda (buraxılış, qəbul imtahanları) tətbiq etmək tezdir.

"Magistratura səviyyəsində imtahanda iştirak edənlərin sayı təxminən 20 mindir. Danışıq bloku imtahanın magistratura səviyyəsində texniki imkanlar hazır olduqda tətbiq edilə bilər. Hələ ki məktəblərdə olan hazırlıq səviyyəsi, kompüterlərin mövcudluğu, prosesin uğurlu müstəvidə öz əksini tapması azı bir il çəkəcək.

Birinci addım olaraq danışıq bloku imtahanı magistratura, dövlət qulluğu imtahanlarında tətbiq olunacaq", - deyə M.Abbaszadə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31