Son 3 ayda Sabunçu Tibb Mərkəzində 130-dan çox cərrahi əməliyyat həyata keçirilib

TƏBİB-in əhaliyə keyfiyyətli və ixtisaslı tibbi xidmət göstərilməsini təmin etmək məqsədilə tibb müəssisələrində həyata keçirdiyi yeniliklər müsbət nəticələr verməkdədir. TƏBİB-dən "Olaylar"a daxil olan məlumata görə, son dövrlər maddi-texniki bazasında və fəaliyyət istiqamətində ciddi dəyişikliklər olan, yeniliklər baş verən tibb müəssisələrindən biri də Sabunçu Tibb Mərkəzidir.

Sabunçu Tibb Mərkəzinin yenilənən Əməliyyat blokunda 2023-cü ilin dekabr ayından etibarən 133 pasiyent əməliyyat olunub. Onların 91-i qadın, 42-si kişi olub. Baş tutan əməliyyatların hər biri uğurla icra olunub və pasiyentlərə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. 

Qeyd edək ki, Əməliyyat bloku müasir tələblərə cavab verən yeni tibbi avadanlıqlarla təmin olunub. Belə ki, yeni əməliyyat bloku  narkoz aparatları, monitorlar, masalar, laparoskopik cihaz və alətlər, endoskopiya, C-qollu rentgen, beyin əməliyyatları üçün mikroskop cihazları, "Thunderbeat" və "Sonicbeat" (ən müasir cərrahi toxuma idarəetmə sistemləri) xüsusiyyətlərinə sahib damar kəsmə, möhürləmə cihazları ("Ligature"), bipolyar və monopolyar xüsusiyyətləri olan koaqulyatorlarla təchiz olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31