E-Polis tətbiqi istifadəyə verildi - VİDEO
1 Fevral 2024 12:30 SosialVətəndaşlar polis idarəsinə getmədən Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlana biləcək.
Olaylar.az xəbər verir ki, bunla bağlı E-Polis tətbiqi istifadəyə verilib.
Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, yeni tətbiqlə yanaşı e-xidmet.mia.gov.az portalında identifikasiya nömrəsi və ya asan login ilə qeydiyyatdan keçmək kifayətdir.
Tətbiqdə bir çox bölmələr mövcuddur. Bölmələrə keçid edərək DİN-in səlahiyyətində olan məsələlərlə bağlı informativ məlumatların əldə edilməsi, sənədlərin nəzərdən keçirilməsi və cərimələrini onlayn qaydada ödənilməsi mümkündür.
E-Polis tətbiqini App Store və ya Google play-dən yükləmək mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31