Laçından bu kəndlərə marşrutlar fəaliyyətə başlayacaq
1 Fevral 2024 10:43 SosialLaçın şəhərində ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür.
Bu barədə Olaylar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb. Yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi istiqamətində marşrutlar fəaliyyətə başlayacaq.
Müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı işğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31