Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə xəstəxanaya yerləşdirilməyib? - DİN AÇIQLADI
1 Fevral 2024 10:11 SosialSosial şəbəkələrdə görüntüləri yayılan A.C sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.
Olaylar.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur.
Qeyd edək ki, A.C Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.
Xatırladaq ki, sözügedən şəxsin insanları narahat etdiyi videoları sosial şəbəkələrdə gündəm olub. Daxili İşlər Nazirliyindən bildirilib ki, həminşəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır.
Əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir.
Həmçinin əlavə edilib ki, yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb.
"Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub" -deyə əlavə edilib.