"Azərsığorta"nın portfeli başqa şirkətə ötürüləcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmanla "Azərsığorta" ləğv edilib.

Bəs şirkətin portfeli hansı şirkətə ötürülüb?

Məsələ ilə bağlı şirkətdən  bildirilib ki, hələlik bu barədə yekun qərar yoxdur.

"Şirkətin portfeli başqa şirkətə ötürüləcək, amma bunun hansı sığorta şirkəti olması məlum deyil. Çünki rəsmi təsdiqləyici heç bir sənəd yoxdur. Bu isə artıq Nazirlər Kabineti və İnvestisiya Holdinqinin qərarı əsasında bildiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31