Azad edilmiş ərazilərdə torpaq sahələrinin icarəsi ilə bağlı 6 müraciətə razılıq verilib
30 Yanvar 2024 11:48 Sosialİşğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrrüfatı Nazirliyi tərəfindən daxil olmuş 470.40 ha torpaq sahəsi üzrə 6 müraciətə ( əvvəlki dövrlərdə daxil olmuş müraciətlərlə birlikdə) razılıq verilib.
Olaylar.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında məlumat verilib.
Məlumata görə, ümumilikdə isə indiyədək 2 min ha yaxın torpaq sahəsi üzrə 19 müraciətə razılıq verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31