Ötən il 25 526 nəfərə təkrar əlillik təyinatı aparılıb

Ötən il 25 526 nəfərə təkrar əlillik, 25 200 nəfərə ilkin əlillik təyinatı aparılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı çıxışında deyib.

O qeyd edib ki, əlillikdə əsasən göz və psixi xəstəliklər əsas yer tutur.

"50 726 əlillik təyinatının 24 faizi orqanizmin 80-100 faiz pozulmasına görə təyin edilib. Əvvəllər isə birinci qrup üzrə əlillik 6 faiz olurdu",- deyə o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31