Vətən müharibəsindən sonra 460 şəxs müasir protezlərlə təmin olunub

2023-cü ildə Agentliyin reabilitasiya mərkəzləri tərəfindən əvvəlki ilə nisbətən 74 faiz çox olmaqla, 87,7 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı çıxışında deyib.

Qeyd edilib ki, göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən layihələr daha da təkmilləşdirilib.

"Reabilitasiya xidmətlərinə əlçatanlığı daha da artırmaq üçün səyyar xidmətin əhatə dairəsi genişləndirilib. Hesabat dövründə əvvəlki ilə nisbətən 6 dəfə çox olmaqla 1437 şəxsə səyyar formada olmaqla evlərində reabilitasiya xidməti göstərilib. Ötən il Agentlik həmçinin 10,5 min nəfər əlilliyi olan şəxsi 91,4 min reabilitasiya vasitəsi ilə təmin edib.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərildiyi, həmçinin 460 şəxsin 481 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunduğu bildirilib.

Son 5 ildə ölkəmizdə müasir reabilitasiya sisteminin qurulduğu, habelə reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımların atıldığı, bu sahədə görülən işlər qeyd olunub",- deyə əlavə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31