Professor Nəsiman Yaqublu “M.Ə.Rəsulzadə - 140” tədbirlərində
30 Yanvar 2024 10:57 SosialAzərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin anadan olmasının
140 illiyi ilə bağlı müxtəlif təşkilat və qurumlarda tədbirlər keçirilir.
Yanvarın 29-da AMEA-nın Əsas binasında Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə "Milli istiqlalın görkəmli nümayəndəsi Məhəmməd Əmin Rəsulzadə" mövzusunda elmi konfrans keçirildi.Tədbir AMEA
Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə baş tutdu.Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açdı.
Tədbirdə digər çıxışçılarla yanaşı "Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzi"nin sədri, tarix elmlər doktoru professor Nəsiman Yaqublu da
"Məhəmməd Əmin Rəsulzadənin mühacirət mətbuatı ilə bağlı fəaliyyəti"
mövzusunda məruzə edib. Səbayel rayon Mərkəzi Kitabxanasında da M.Ə.Rəsulzadəyə həsr edilmi
tədbir keçirilib. Tədbirdə professor N.Yaqublu M.Ə. Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı maraqlı məruzə edib.

