ANS-in məşhur aparıcısı illər sonra efirə qayıdır? - FOTO
29 Yanvar 2024 12:41 SosialAparıcı Gülnarə Məmmədova uzun müddət sonra efirə qayıtmaq barədə yazıb.
Olaylar.az bildirir ki, bununla bağlı o, feysbukda status paylaşıb.
"Dostlar, sizcə, mən yenidən TV-yə qayıda bilərəm? Maraqlı olaram? Bacararam? Dəyərmi? Elə-belə soruşdum, Bakıda yaşayan TV dostlarımın fikirləri maraqlıdır".
Qeyd edək ki, Gülnarə ailə quraraq Türkiyəyə köçüb.
Xatırladaq ki, G.Məmmədova ANS-də "Kamerton", "Xonça" və digər verilişlərin aparıcısı olub. (olay)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31