Baş prokuror bu qurumlara təşəkkür etdi

Baş prokuror ötən illərdən bağlı qalmış və hesabat ilində qeydə alınmış qeyri-aşkar cinayətlərin açılmasında, ictimai sabitliyin və təhlükəsizliyin təmin edilməsində Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və digər dövlət qurumlarının fəaliyyətini xüsusi qeyd edərək, göstərilən səmərəli və peşəkar əməkdaşlığa görə təşəkkürünü bildirib.

Olaylar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş geniş Kollegiya iclasında deyib.

Qeyd olunub ki, ölkəmizdə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsində aidiyyəti qurumlarla birgə fəaliyyət bundan sonra da uğurla davam etdiriləcəkdir.

Qeyd edək ki, yanvarın 26-da Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib. Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib. Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31