Xaricdən gətirilən keyfiyyətsiz avtomobillər müştərilərə necə sırınır?

Satış şirkətləri hansı məsuliyyət daşıyır?

Bir müddət əvvəl ölkə mətbuatında mütəşəkkil transmilli cinayətkarların ifşası ilə bağlı məlumatlar yayıldı. Bildirilirdi ki, mütəşəkkil cinayətkar dəstə xarici ölkələrdən oğurlanan maşınlarıın  Azərbaycan və Gürsüstana çatdırılması və bu ölkələrdə realizə edilməsini planlaşdırıblar. Elə redaksiyamıza müraciət edən vətəndaş da eyni tərkibli cinayətin qurbanı olub. Belə ki, vətəndaş Məcidov Ramiq Adəm oğlu redaksiyamıza müraciət edərək bildirib ki, bir sıra satış şirkətləri vətəndaşları aldatmaqla məşğuldur: "İnternetdə rastlaşdım ki, "Qəpiyə-qəpik" instaqram səhifəsində 2014-cü il istehsalı olan "Hunday Santa Fe" avtomobili 5 min dollara satışa çıxarılıb. Mənim tələblərimə cavab verdiyi üçün satışı təşkil edən şirkətlə əlaqə saxladım. İlkin danışıqdan sonra ofislərinə dəvət olundum və  məni əmin edirlər ki, sözügedən avtomobillə bağlı heç bir problem yoxdur, maşın işlək vəziyyətdədir, heç bir texniki problem qeydə alınmayıb. Razılaşmadan sonra MMC-nin tələb etdiyi əlavə ödənişləri hesaba köçürdüm. Tərəflər arasında bağlanan müqaviləyə uyğun olaraq avtomobil Azərbaycana 3 ay müddətində gətirildi. Yenə də tələb olunan əlavə vəsaiti ödədikdən sonra avtomobilin açarını təhvil aldım. Gömrük rüsumları da ödənildikdən sonra avtomobili qəbul etmək istədikdə işə düşmədi. Dərhal MMC-nin nümayəndəsi ilə əlaqə saxlayaraq məlumat verdim, avtomobilin nasazlığı ilə bağlı foto və video görüntülər təqdim etdim. Avtomobil usta tərəfindən yoxlandıqdan sonra bəlli oldu ki, maşının mühərrikində ciddi problem var".   

Şikayətçi bildirib ki, indi MMC nümayəndəsi mühərrikin nasazlığına görə heç bir məsuliyyət daşımadıqlarını bildirir: "Hazırda avtomobl şəxsi təmir sexində saxlanılır, MMC-dən isə heç bir reaksiya yoxdur. MMC məsuliyyət daşımadığını bildiriərək yaxasını kənara çəkir. Hansı ki, müqaviləyə görə, işlək vəziyyətdə olan avtomobil təhvil verilməlidir. Məcbur olub Nəsimi Rayon Polis İdarəsinə müraciət etdim. Yalnız bundan sonra MMC-dən bildirildi ki, avtomobilin nasazlığına görə 550 manat verə bilərlər. Hansı ki, MMC-nin öz ustası təsdiq edir ki, maşının 3 minə qədər xərci var. İndi MMC təklif edilən  vəsaiti də ödəməkdən yayınır. Qərara almışam ki, mənə dəyən ziyanın ödənilməsi üçün hüquq müdafiə orqanlarına və məhkəməyə müraciət edim".

Qarşı tərəfin mövqeyini işqlandıramağa hazırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31