Sabah hava necə olacaq?
25 Yanvar 2024 13:11 SosialBakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən xəbərə görə, gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var.
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3°, gündüz 5-8° olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Arabir duman olacağım gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31