Havanın dəyişkənliyi insan əhval- ruhiyyəsinə necə təsir edir?- ÖZƏL

Havanın dəyişkənliyi insan əhval -ruhiyyəsinə necə təsir edir? EDA Terapiya Psixologiya Mərkəzinin Psixoloqu Ayşən Bayramova bildirib ki, fəsil dəyişkənliyi, insanın əhval-ruhiyyəsinə, duyğularına, enerjisinə, yuxu və iştahına təsir edə bilir: "Payız və qış fəsillərində orqanizmdə melatonin hormonunun daha uzun müddət ifraz olunması enerjinin depolanmasını prosesini başladırki, bu da daha çox qida qəbulu və yuxuya səbəb ola bilir. Günəş işığının azalması və qapalı məkanlarda daha çox vaxt keçirmə ilə əlaqədar olaraq, serotonin hormonunun səviyyəsinin azalması duyğularımıza əhval-ruhiyyədə düşkünlüyə səbəb ola bilir. Bütün bunların sayəsində depressiv əhval ruhiyyə bəzən qaçınılmaz olduğu kimi özüylə depressiv pozuntunu da gətirə bilir.
Fəsil dəyişkənliyi ilə əlaqədər əhval-ruhiyyədə dəyişiklik təkcə yetişkinlərdə deyil, eləcə də uşaq və yeniyetmələrdə özünü göstərə bilir.

Kiçik uşaqlarda simptomlar daha çox qarın ağrısı, baş ağrısı kimi psixosomatik problemlərlə meydana çıxır. Eyni zamanda diqqət və mərkəzləşmənin zəifləməsi, kilo artımında irəliləyişin olmaması, ayrılma təşvişi, məktəbə getməkdən imtina, akademik problemlər uşağın depressiv pozuntudan əziyyət çəkməsinin nəticəsində ola bilir.

Yetişkinlərdə isə xoşbəxtlik hissinin azalması və ya hiss edilməməsi, ümidsizlik, dəyərsilik, günahkarlıq, qəzəb hissləri müşahidə olunur. Enerjidə azalma, yorğun hiss etmə, cinsi istəyin azalması, yuxu və iştahın artıb və ya azalması, düşünmə və diqqəti toplamaqda problemlər də özünü göstərməkdədir. Bu sipmtomlara, intiharl bağlı düşüncələr və ya intihar cəhdləri də, aid olmaqdadır.

Uşağın və ya valideynin depressiyadan əziyyət çəkməsi ikitərəfli təsir içərisindədir. Belə ki, depressiv uşaq, əsasən, anada günahkarlıq və yetərsizlik düşüncələri yaradaraq, depressiyanı tətikləyə bilir. Depressiv valideyn isə (ana), uşağa yetərli və keyfiyyətli zaman verməkdə çətinlik çəkir, eləcə də uşağa qarşı aqressiv yanaşma sərgiləyə bilir. Buna görə də, uşaqların psixi sağlamlığı üçün valideynlərdə öz psixi sağlamlığının qeydinə qalmalıdır.

Depressiv vəziyyətlə başa çıxmaq üçün isə davranış və fəaliyyətlərin aktiv hala gətirilməsi, fiziki aktivlik, sosiallaşmanın  artırılması faydalı ola bilməkdədir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31