Hipermarketlərdə poçtamatlar quraşdırılacaq
25 Yanvar 2024 10:54 SosialÖtən il Azərbaycana poçtamatlar gətirilib.
Olaylar.az xəbər verir ki, bunu "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.
O vurğulayıb ki, istənilən şəxs xaricdən gələn bağlaması haqqında SMS ilə məlumat alıb, 24 saat ərzində poçtamatdan məhsulunu götürə bilər.
"Qısa müddətdə bu poçtamatlar hipermarketlərdə də olacaq", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31