SKY NET AZERBAİJAN MMC 1 milyonluq məhkəmə iddiası ilə bağlı açıqlamaya cavab verib
23 Yanvar 2024 13:25 Sosial"Kristal Abşeron"un "Sumqayıt 10-cu mikrorayon" layihəsində baş verən hadisə ilə ünvanlanan sorğuya şirkət tərəfindən açıqlama verilib. SKY NET AZERBAİJAN MMC 1 milyonluq məhkəmə iddiası ilə bağlı verilən açıqlamaya cavab verib.
Olaylar.az mətni diqqətinizə çatdırır.
"İlk növbədə bildirmək istəyirəm ki, təmsil etdiyim şirkət Azərbaycanda, Layihə - Dizayn, İnşaat və təmir sektorunda bir sıra nailiyyətlərə imza ataraq, özəl və dövlət layihələrində öz tövhəsini vermişdir. Dövlət başçısının kiçik sahibkarlığa dəstəyi proqramı çərçivəsində şirkətimiz hər gün inkişaf edən Azəribaycanın mədəni, sosial həyatında və ictimaiyyətin inşaat sahəsində maarifləndirilməsi xidmətində daim fəal iştirak edir. İnşaat sahəsində bir çox tikinti şirkətləri ilə yaxından əməkdaşlıq edirik.
"Kristal Abşeron" şirkətinin Sumqayıt şəhər 10 - cu mikrorayonda yerləşən layihəsi ilə bağlı bildirmək istəyirəm ki, oradan məzil alan mülkiyyətçi əvvəllər tanımadığımız vətəndaş İmanova Şövlə Fizuli qızının yaşadığı mənzilinin təmirində yaranan problemlər, bizə daxil olan şifahi şikayət müraciəti əsasında baxılmış və tərəflər arasında rəsmi bağlanan müqavilə ilə mənzilə baxış keçirilmişdir. Hər zaman olduğu kimi baxış keçirdiyimiz məkan subyektini ünvanını qeyd edərək, izləyicilərimizə obyektiv və hər tərəfli məlumat verilmişdir.
Mənzildə keçirilən baxış zamanı təmirdə olan nöqsanlar aşkarlanmış və aşkarlanan nöqsanın mahiyyəti və onun səbəbləri, həmçinin həlli yolları mənzil sahibinin iştirakı ilə ona, tərəflər arasında bağlanmış müqavilə öhtəlikləri çərçivəsində video çəkiliş ilə izah edilmişdir. Bir müddət sonra "Kristal Abşeron" şirkətinin nümayəndəsi mənzildə baxış keçirərkən, tərəfimizdən nümayəndə təyin olunaraq hər iki tərəfin ümumi razılığa gəlməsi və səbəbin araşdırılması üçün heç bir maneə olmadan yenidən mənzildə görüş keçirilmiş, və problemlərin həlli üçün şifahi ümumi razılığ əldə edilmişdir.
Şirkətimiz tərəfindən Layihə - Dizayn, İnşaat və təmir sahəsində ölkə İctimaiyyətinin marifləndirilməsiməsi istiqamətində, atılan addımlardan biri də, bu sahələrdə vətəndaşların məlumatlandırılması üçün yaradılmış müasir sosial internet resurlarıdır ki, biz burada mövcud problemləri işıqlandırır, onların həll yollarını müzakirə edərək ictimailəşdiririk. Biz qanuni peşəkar fəaliyyətimiz ilə inşaat sektorunda qərəzsiz və obyektivlik nümaiş etdirərək ən son texnologiyalar ilə bilik və bacarığımızla vətəndaşların xidmətindəyik.
"Kristal Abşeron" şirkətinin İctimaiətlə əlaqələr şöbəsinin verdiyi açıqlama yalnışdır, belə ki, biz, qanuni peşə fəaliyyətimizi həyata keçirərkən qarşı tərəfin şərəf və ləyaqətinə, işguzar nüfuzuna zərər vurmamışıq. Təmirdə olan nöqsanları, onların yaranma səbəblərini, həmçinin həlli yollarını tövsiyyə edərək, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə tam və hərtərəfli əməl etmişik.
Bir şirkət olaraq "Kristal Abşeron" şirktinin nümayəndəsinin xaişinə, şirkətllər arasında həmrəylik və humanizm prinsiplərinə əsaslanaraq, təmirdə aşkarlanan nösanlarla bağlı sosial şəbəkələrdə yayımlanan çəkilişlər sosial şəbəkələrdən çıxarılmışdır. Və qarşı tərəfin bundan sonrakı mövqeyini izləyəcəyik. Bu məsələ həllini tapmadığı halda isə biz öz hüquqi imkanlarımızdan istifadə edərək adekvat tədbirlər görüləcək.
Əlavə olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, bu proseslərin gedişatı barədə ölkə ictimaiyyətinə geniş məlumat veriləcək".
Hörmətlə,
M.S Vəliyev
SKY NET AZERBAİJAN MMC-nin direktoru