AYNA-dan sürücülərə XƏBƏRDARLIQ
23 Yanvar 2024 11:02 SosialAvtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqda digər nəqliyyat vasitələrinin hərəkət etməsi inzibati məsuliyyət yaradır.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülərə qarşı aidiyyəti qurum tərəfindən qanuna müvafiq tədbirlər həyata keçirilir.
AYNA sürücüləri avtobus zolaqlarının tələblərinə riayət etməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31