50 yaşdan aşağı insanlara xərçəng xəbərdarlığı- ÖZƏL
22 Yanvar 2024 14:41 SosialABŞ-da yeni bir hesabata görə, 50 yaşdan kiçik yetkinlərdə xərçəngə tutulma halları artır. Xərçəng xəstələri tədricən "yaşlı fərdlərdən orta yaşlı insanlara" keçirlər.
Olaylar.az xəbər verir ki, bu haqda Amerika Xərçəng Cəmiyyəti tərəfindən dərc edilən hesabatda məlumat verilib.
Məlumata görə, 50 yaşa qədər böyüklərdə xərçəng xəstəliyinə tutulma halları artır. Yaşı 65 və yuxarı olan böyüklər, 50-64 yaşlı böyüklər və 50 yaşdan kiçiklər arasında hallar müqayisə edilib. 50 yaşdan aşağı olanlar bu üç yaş qrupu arasında 1995-ci ildən 2020-ci ilə qədər xərçəng xəstəliyinin ümumi hallarında, yəni ona yoluxma ehtimalında artım müşahidə edən yeganə qrup idi. Yaşı 50-dən aşağı olan böyüklər arasında kolorektal xərçəng kişilərdə xərçəngdən ölüm hallarının əsas səbəbidir. Qadınlarda döş xərçəngindən sonra ikinci yerdədir.