Ötən il 50,7 min şəxsə əlillik təyinatı aparılıb
22 Yanvar 2024 14:14 SosialÖlkədə əlilliyin qiymətləndirilməsi zamanı əsas götürülən yeni meyarların sayı 2022-ci ilin 1 iyuluna qədərki cəmi 128 meyarla müqayisədə 5 dəfəyə yaxın artırılaraq 616-ya çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, yeni meyarlar əlilliyin qiymətləndirilməsi sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi ilə yanaşı, vətəndaş məmnunluğuna yönəlik bir sıra yeni yanaşmaların tətbiqinə imkan verib.
Həmçinin bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla ötən il 50,7 min şəxsə əlillik təyinatı aparılıb.