İnstaqramda daha bir yenilik - Əgər kimisə izləməyə başlayırsınızsa...
22 Yanvar 2024 13:41 Sosialİnstaqram platforması növbəti funksiyasını işə salmağa hazırlaşır.
Olaylar.az bildirir ki, artıq istifadəçilər platforma üzərindən birini izləmək istəyərkən bunun səbəbinin təqdim etmək məcburiyyətində olacaqlar.
Bu funksiya istifadəçilərə bir-birilərini niyə izlədiklərinin səbəbini başa düşməyə və daha yaxından tanımağa imkan verəcək. Dəyişikliklər sosial media platformasında təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. (axşam.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31