Əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi yaradılıb- ÖZƏL

"Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Kamaləddin Qafarov deyib: "Ulu Öndər Heydər Əliyevin siyasi xəttini dönmədən davam etdirən möhtərəm dövlət başçımız şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına hər zaman xüsusi diqqət ayırır. Azərbaycan xalqı doğma Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmayacaq. 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində 30 illik erməni işğalına son qoymaqla, eləcə də keçən il ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Azərbaycan bütün şəhidlərinin qanını almış, ruhlarını şad etmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31