Ölkə tarixindəki ən dəhşətli quraqlıq! Dəniz suyu içməyə başladılar -ÖZƏL
19 Yanvar 2024 22:18 SosialAralıq dənizinin okeana açılan qapılarından biri olan İspaniya tarixin ən dəhşətli quraqlığını yaşayır. Ölkənin Kataloniya bölgəsində sudan istifadəni məhdudlaşdırmaq üçün tədbirlər görülərkən içməli su dənizdən əldə olunur.
Olaylar.az xəbər verir ki, İspaniyanın Barselona şəhərindəki duzlu suyun duzsuzlaşdırılması zavodu rekord quraqlığın yaşandığı ölkədə tam gücü ilə işləyir.
Barselonada duzlu suyu içməli suya çevirən bu obyekt Avropanın ən böyüyüdür. 2009-cu ildə istifadəyə verilən obyekt 4,5 milyon insanın suya olan tələbatını ödəyir.
Qeyd edək ki, İspaniya hökuməti kənd təsərrüfatı və turizm sektorlarında su istifadəsini məhdudlaşdıran onlarla tədbir elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31